Bakı. Trend:
Azad edilən ərazilərdə məskunlaşan və məskunlaşmağı planlaşdıranşəxslər təkcə həmin coğrafiyada deyil, məsələn Bərdədə, Tərtərdə dəpeşə təhsili alanda güzəştlər onlara da tətbiq ediləcək.
Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu günkeçirilən iclasında çıxışı zamanı Parlamentin Sosial qanunvericilikşöbəsinin müdiri Adil Vəliyev deyib.
O bildirib ki, güzəştlərin əhatə dairəsi keçmiş məcburi köçkünstatusuna malik şəxslərlə kifayətlənmir.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə məskunlaşanşəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsininvəsaiti hesabına ödəniləcək.
Bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu günkeçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” və“Peşə təhsili haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdəməskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərindədövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbulolunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olanşəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsilaldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabınaödəniləcək.
Dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci il sentyabrın15-dən tətbiq ediləcək.