"Mançester Siti"nin hücumçusu Erlinq Holand UEFA Çempionlar Liqasının əsas mərhələsinin bombardirlər yarışında "Top-10"a daxil olub.
Offsideplus.az xəbər verir ki, norveçli futbolçu dünən "Real"ın qapısına iki dəfə yol tapmaqla, qollarının sayını 49-a çatdırıb. Holand bu sıralamada 48 qol vurmuş Andrey Şevçenko və Zlatan İbrahimoviçi keçib.
Çempionlar Liqasının əsas mərhələsinin ən sərrast futbolçusu isə Kriştiano Ronaldodur - 140 qol.
"Top-10":
1. Kriştiano Ronaldo - 140 qol
2. Lionel Messi - 129 qol
3. Robert Levandovski - 103 qol
4. Kərim Benzema - 90 qol
5. Raul - 71 qol
6. Ruud van Nistelroy - 56 qol
7. Tomas Müller - 56 qol
8. Kilian Mbappe - 52 qol
9. Tyerri Anri - 50 qol
10. Erlinq Holand - 49 qol
10. Alfredo Di Stefano - 49 qol