EN

ABŞ vətəndaşı Rusiya vətəndaşı ilə dəyişdirilib

Amerikalı Mark Vogel ABŞ-da həbsdə olan Rusiya vətəndaşının azadlığa buraxılması müqabilində Rusiya həbsxanasından azad edilib.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Son zamanlar müvafiq idarələr vasitəsilə iş intensivləşdirilib, əlaqələr olub və bu təmasların nəticəsi Vogelin, eləcə də hazırda ABŞ-da həbsdə olan Rusiya vətəndaşlarından birinin azadlığa buraxılması olub”.

Peskov azad oluncaq rusiyalının adını açıqlamasa da, onun da “yaxın günlərdə Rusiyaya qaytarılacağını” bildirib.

"Bu cür razılaşmaların dönüş nöqtəsi olma ehtimalı azdır, lakin eyni zamanda, bu, indi ən aşağı nöqtədə olan çox qarşılıqlı etimadın yaradılması üçün müəyyən addımlardır", - deyə o əlavə edib.

Chosen
16
herbiand.az

1Sources