EN

"Qarabağ"dan əsrin rekordu

Azərbaycan Premyer Liqasının 22-ci turunda “Səbail”lə qarşılaşan “Qarabağ” ev oyununda 5:0 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, 75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib.

Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində 21-ci əsrin rekorduna imza atıb. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

“Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.

Chosen
40
32
publika.az

10Sources