EN

Ötən ay sosial sığorta ödəmələri 50 milyon manata yaxın artıb

Bakı.Trend:

Ötən ay ölkədə məcburi dövlət sosial sığorta haqları üzrədaxilolmalar 443,4 milyon manatdan çox olub.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiqdövrü ilə müqayisədə 11,6 faiz və ya 46,1 milyon manatdan çoxartıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eynidövrü ilə müqayisədə 12,6 faiz artaraq 321,0 milyon manatdan çoxolub.

Cari ilin yanvar ayında işsizlikdən sığorta haqları üzrədaxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq16,0 milyon manata olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar14,9 faiz artıb və 13,0 milyon manatdan çox təşkil edib.

Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalarisə ötən ilin eyni dövrüni nisbətə 10,2 faiz artaraq 79,3 milyonmanatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,1faiz artıb və 61 milyon manata yaxın təşkil edib.

Chosen
31
8
az.trend.az

10Sources