EN

Mourinyo İkardini susdurdu

Joze Mourinyo Avropa Liqasında baş tutacaq “Anderlext” ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisə Mauro İkardinin onun haqqında paylaşımları ilə bağlı gələn suala Mourinyo belə cavab verib:

“Özəl biri olduğumu 25 illik karyeramda qazandığım 26 kubokla göstərdim. İkardi bir “goat”dır (red. — 2 mənası var: gəlmiş keçmiş ən yaxşı futbolçu və keçi). Böyük bir “goat” olduğu üçün onun haqqında şərh bildirmək istəmirəm. Sadəcə susub qəbul edirəm”.

Xatırladaq ki, argentinalı ulduz Mourinyo barədə “Ağlayan biri”, – deyə paylaşım etmişdi.

Chosen
4
1
7times.az

2Sources