1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim forması olacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Müvafiq qərara edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcəklər və bu onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq.
Qərar respublika daxili işlər orqanlarında artıq elan olunub.
Məhərrəm Əliyev