EN

Arxalanacağımız dostlara malik olmaq çox vacibdir - Prezident

Tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmud ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.

Chosen
90
21
axar.az

10Sources