EN

Azərbaycan xarici ölkələrdə "Yaşıl Kart" üzrə 2,5 milyon manatdan çox sığorta ödənişi edib

Ötən il Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 50 min 207 müqavilə rəsmiləşdirilib, həmin müqavilələr üzrə 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb.

Bu barədə AzNews.az “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına (İSB) istinadən xəbər verir. Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 12,4 % və 28,8 % azdır.

Bu müqavilələrin 40 min 038-i (- 11,05 %) Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2 milyon 507 min 573 manat (-37,1 %) sığorta haqqı yığılıb.

Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə 10 169 "Yaşıl Kart" müqaviləsi rəsmiləşdirilərək 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb.

2024-cü ildə Azərbaycan "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr üzrə 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3 min 907 manat olub.

Ötən il Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8 min 314 manat təşkil edib.

Chosen
39
14
aznews.az

10Sources