EN

Bu həkimlər məhkəməyə çağırılır - SİYAHI

Xeyli vaxtdır gündəmdən düşməyən üç xanımın talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulları ələ keçirməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə zərərçəkmiş şəxslər dindirilir.

Bu iş üzrə mühakimə edilən xanımlar-şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova və Aysel Məmmədovanın üçü də həbsdədir. Birgə dələduzluqda təqsirləndirilən müttəhimlər hazırda bir-birinə qarşı da ziddiyətli mövqedədirlər.

İşin əsas həssas məqamlarından biri təqsirləndirilən şəxslərin cinayətinin bəzi xəstələrin ölümünə gətirib çıxarmasıdır.

Vəfat edənlərdən biri də bu gün ifadə verən Sevinc Səmədovanın əridir. Zərərçəkmişin həyat yoldaşı Ramin qaraciyər serrozundan əziyyət çəkib, əməliyyat gecikdiyi üçün dünyasını dəyişib.

Chosen
48
1
aznews.az

10Sources