EN

Azərbaycan millisinin baş məşqçisinə xüsusi mükafat təqdim olundu - FOTO

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.

Fanat.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis "Əfsanə" mükafatını alıb.

Yığmamızın çalışdırıcısına mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.

Qeyd edək ki, Santuş daha öncə Yunanıstan millisinin, həm də bu ölkənin AEK, "Panatinaikos" və PAOK komandalarının baş məşqçisi olub.

Chosen
12
fanat.az

1Sources