Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası "Qarabağ"ıa həmyaşıdlarını yoldaşlıq görüşündə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüş yığmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlham Yədullayevin yetirmələrindən Emil Usubov (67-ci dəq.), Emil Həsənov (70-ci dəq.) və Əhməd Vəliyev (85-ci dəq.) fərqlənib.
Sabah Belarusun paytaxtı Minskə yola düşəcək milli komandamız 14-22 fevral aralığında İnkişaf Kubokunda iştirak edəcək.