EN

Dövlət Agentliyinin strukturu təsdiqləndi, yeni sədr təyin olundu - Sərəncam + FOTO

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Elnur Şəmistan oğlu Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturunu təsdiq edib.

Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Təsdiq olunmuş struktura görə, Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.

Chosen
14
mia.az

1Sources