EN

Şahmat: Teymur Rəcəbov finala çıxa bilmədi

Yanvarın 31-də start götürmüş şahmat üzrə Azərbaycan çempionatında bu gün bütün finalçılar müəyyənləşiblər.

Arena.az xəbər verir ki, kişilərin mübarizəsində Kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də bərabərə qalıblar.

Armageddonda yarışan Rəcəbovla Məmmədovun duelində ikinci qələbə qazanıb.

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub – 1,5:0,5.

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib – 1,5:0,5.

Beləliklə, sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.

“Landmark” Biznes Mərkəzində keçirilən oyunlara saat 15:00-da start veriləcək.

Xatırladaq ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Şahmat üzrə Azərbaycan çempionatına fevralın 15-də yekun vurulacaq.

Chosen
28
13
arena.az

10Sources