EN

2026-cı ilə qədər istehsalı dayandırılacaq məşhur avtomobillər – SİYAHI

Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirməyə davam edirlər və 2026-cı ilə qədər bir neçə məşhur avtomobil modeli istehsal xəttindən çıxarılacaq.

Editor.az xəbər verir ki, bu barədə Pravda.ru məlumat yayıb.

Səbəblər qismində elektrikləşmə, ayrı-ayrı seqmentlərə tələbatın azalması və krossoverlərə yönəlmə göstərilir.

Hansı modellər daha istehsal olunmayacaq?

“Porsche 718” – “Boxster” və “Cayman” modelləri yerlərini elektrik mühərriklə işləyən varislərə verəcək.

“Porsche Macan” – benzinlə işləyən versiyası elektrikli “Macan EV”ə yol açaraq bazarı tərk edəcək.

“BMW 8 Series” – aşağı tələbat gələcək istehsalı qeyri-rentabelli edir.

“Lexus RC” – idman kupesi rəqabətə tab gətirə bilmədi və brendin strategiyasına uyğun gəlmir.

“Mercedes-Benz GLC Coupe” – kupevari SUV populyarlığını itirərək yerini “GLC”nin klassik versiyalarına verir.

“Infiniti QX50” – brend aşağı satışlar səbəbindən model sırasını azaltmağa davam edir.

Bu modellər niyə tarixə qovuşur?

Elektromobillərin artımı – şirkətlər yeni texnologiyaların xeyrinə ənənəvi daxiliyanma mühərriklərindən imtina edirlər.

Krossoverlərin populyarlığı – alıcılar kupe və sedanlar əvəzinə daha çox SUV-u seçirlər.

Xərclərin optimallaşdırılması – istehsalçılar diqqəti gəlirli seqmentlərə yönəldirlər.(Oxu.Az)

Chosen
25
7
editor.az

10Sources