EN

Əlcəzair Fransadan idxalı sıfıra endirir

Bakı. Trend:

Fransa və Əlcəzair arasında artan diplomatik və siyasi gərginlikkontekstində, fransız kənd təsərrüfatı və ərzaq məhsullarınınƏlcəzairə ixracı 2023-cü ildən bəri azalır. 2023-cü ildə FransanınƏlcəzairə kənd təsərrüfatı və ərzaq məhsullarının ümumi ixracı2022-ci illə müqayisədə iki dəfə azalıb. Ötən il bu nəticə daha dapisləşib.

Trend xəbərverir ki, bu haqda Fransa Kənd Təsərrüfatı Palatalarının başiqtisadçısı Tyeri Puş “L'Opinion” qəzetinə verdiyi məlumatdadeyib.

Bildirib ki, Fransadan Əlcəzairə 2022-ci ildə kənd təsərrüfatıməhsullarının ümumi ixracı 1,3 milyard avro təşkil edib. Ancaq sonillər Fransanın Əlcəzairə ixracatı bir neçə sektorda kifayət qədəraşağı düşüb.

“2023-cü ilin sonuna qədər bu məbləğ iki dəfə azalaraq 628milyon avroya çatdırılıb. Son illərdə azalma sabit şəkildə davametsə də, 2023-cü ildə əhəmiyyətli dərəcədə sürətlənib. 2024-cü ilüçün rəqəmlər hələ mövcud deyil, lakin daha ciddi tənəzzülgözlənilir”, - deyə iqtisadçı vurğulayıb.

2018-ci ildə Fransa Əlcəzairə 5,4 milyon ton taxıl və yaehtiyacının 80-90 faizi nisbətində məhsul ixrac edib. 2021-ci ildəbu məbləğ 2,1 milyon tona, 2023-cü ildə isə cəmi 608 min tonadüşüb. 2024-cü il üçün bu həcmlərin daha iki dəfə azalacağıbildirilir. Mütəxəssislər 2025-ci ildə bu həcmlərin sıfıraenəcəyini planlaşdırır.

Taxıl ixracatçıları birliyinin sözçüsü “Synacomex”in verdiyiməlumata görə, son illərdə Əlcəzairlə iş görmək çətinləşib, çünkiəlaqələr diplomatik münasibətlərlə qarışıb.

Ötən oktyabr və dekabr aylarında başlayan iki tender çağırışındaƏlcəzair Peşələrarası Taxıl Ofisi (OAIC) fransız buğdasını tələbetməyib. “Fransız şirkətləri artıq tenderə çağırılmır”, - deyə“Synacomex” təsdiqləyir.

Statistikaya görə, 2022-ci ildə Fransa Əlcəzairə 167 milyon avrodəyərində diri heyvan, ət üçün gənc mal-qara və ya süd istehsalıüçün nəzərdə tutulmuş düyələr ixrac edib. Ancaq 2023-cü ildə burəqəm 73 milyon avroya, 2024-cü ildə isə demək olar ki, ixracat baştutmayıb.

Chosen
25
4
az.trend.az

5Sources