ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Milli.Az xəbər verir ki, tərəflər Ukrayna və Yaxın Şərqdəki münaqişələri, enerji məsələlərini və AI-ni müzakirə ediblər. Onlar sıx əməkdaşlıq, o cümlədən dövlətlər arasında gələcək səfərlər barədə razılığa gəliblər.
Danışıqlar sonradan Kreml tərəfindən təsdiqlənib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib.
Milli.Az