EN

Hindistan baş nazirinə ölüm təhdidi edilib

Fransa və ABŞ-yə rəsmi səfərə yollanan hökumət başçısının təyyarəsinə mümkün hücumla bağlı zəng daxil olub.

Hindistanda Mumbay şəhər polis idarəsi ölkənin baş naziri Narendra Modinin təyyarəsinə terror hücumu ilə bağlı daxil olmuş telefon təhdidini araşdırır.

Operativ Media xəbər verir ki, bu haqda “Hindustan Times” yazır.

Nəşrin məlumatına görə, polis məntəqəsinə Fransa və ABŞ-yə rəsmi səfərə yollanan hökumət başçısının təyyarəsinə mümkün hücumla bağlı zəng daxil olub.

Polis əldə olunmuş informasiyanın “ciddi xarakter” daşıdığını bildirib və bu haqda digər hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Chosen
17
1
operativmedia.az

2Sources