Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukraynaya Rusiya ilə sülh danışıqları aparmaq üçün səfər edəcəklər.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
“Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts, səfir və xüsusi nümayəndə Stiv Uitkoffdan uğurlu olacağına əmin olduğum danışıqlara rəhbərlik etmələrini xahiş etmişəm”, – Tramp deyib.
Amerika lideri ümidlə Rusiya və ABŞ-nin sülh sazişi əldə edə biləcəyini bildirib.
QAZİLER.AZ