EN

Qəzza bölgəsi Türkiyənin muxtar vilayəti olsun – keçmiş baş nazir Əhməd Davudoğlu

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Qəzzanın Türkiyə təsir orbitinə qaytarılmasını təklif edib.

Siyasətçi Qəzzanı türk muxtariyyətinə çevirməyi təklif edib. Davudoğlunun sözlərinə görə, Ankaranın Osmanlı İmperiyasının varisi kimi bunun üçün tarixi əsasları var. “Türkiyə Osmanlı İmperatorluğunun qanuni varisi olaraq Qəzzə xalqına tarix boyu yoldaş və həmvətən kimi yanaşmalıdır. Qəzzə xalqı referendum keçirsin və Fələstin dövləti qurulana qədər Türkiyəyə muxtar bölgə kimi qoşulsun. Qəzza xalqı qərar verməlidir”, – Əhməd Davudoğlu deyib.

Siyasətçinin sözlərinə görə, Qəzza qanuni əsaslarla Osmanlı İmperiyasının tərkibində olub və Britaniya İmperiyasının bölgədə mövcudluğunun davam etdirilməsi hüquqi əsaslardan məhrum edilib.

//Samir Qurbanov, Editor.az

Chosen
8
editor.az

1Sources