![58 yaşlı qadın simptomlara məhəl qoymadı,](https://e-saglam.az/storage/news/middle/images/2025/2/58-yasdan-sonra-menapoza.webp)
58 yaşlı Dawn Willis, təxminən bir il davam edən vaginal qanaxmanı menopozun təbii bir hissəsi hesab edərək, həkimə müraciət etmədi.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, lakin qarnında şişlik hiss etdikdən sonra tibbi yardım aldı və ona uşaqlıq xərçəngi diaqnozu qoyuldu. Müalicə nəticəsində sağalsa da, gec diaqnoz səbəbindən bağırsaq perforasiyası yaşadı.
Mütəxəssislər bildirirlər ki, menopozdan sonra baş verən vaginal qanaxmalar heç vaxt normal qəbul edilməməlidir və dərhal tibbi müayinə tələb edir. Bu cür qanaxmaların səbəbləri arasında hormonal dəyişikliklər, poliplər, miyomlar və bəzi hallarda uşaqlıq xərçəngi ola bilər. Erkən diaqnoz və müalicə ilə ciddi sağlamlıq problemlərinin qarşısını almaq mümkündür.
Willis, qadınlara menopozdan sonra hər hansı bir qanaxma yaşadıqları təqdirdə dərhal həkimə müraciət etmələrini tövsiyə edir. Erkən diaqnoz həyat qurtara bilər.
Tərcümə: Könül Oruc