Paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobili ağaca dəyib.
DİN-dən "Cebheinfo.az"a verilən məlumata görə, hadisə nəticəsində ərazidə sıxlıq yaranıb.
Hazırda Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
"Cebheinfo.az"