EN

Bağırsaq qurdlarının sağlamlığa faydası tapıldı

Alimlər qurdların gözlənilməz faydasını açıqlayıblar.

Qurdlar iltihablı bağırsaq xəstəliklərinin müalicəsində kömək edə bilər.

AzPost “Medicina”ya istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupu bağırsaq qurdlarının ifraz etdiyi hissəciklərin bağırsaq xəstəliklərində iltihabı azalda biləcəyini aşkar edib.

Laboratoriya siçanları üzərində 4 illik araşdırma parazit qurd Ascaris suum tərəfindən istehsal olunan hüceyrədənkənar maddələrin kolitli siçanlarda iltihabı azaltdığını aşkar etdi.

İltihabi bağırsaq xəstəliyi – Kolit və ya Kron davamlı iltihabla xarakterizə olunan xroniki mədə-bağırsaq xəstəlikləri qrupudur. Bunlara qarın ağrısı, ishal və digər xoşagəlməz simptomlara səbəb ola bilən yoğun bağırsağın selikli qişasının iltihabı aiddir.

Bağırsaq qurdlarının tədqiqatı Danimarkanın Orhus Universitetinin professoru Peter Naisum rəhbərliyi ilə həyata keçirilib.

Nəticələr heyvanların vəziyyətində əhəmiyyətli bir yaxşılaşma olduğunu təsdiqlədi.

Tədqiqatın müəlliflərindən biri, Avstraliya Tropik Sağlamlıq və Tibb İnstitutundan doktor Faruk Şərifpurun sözlərinə görə, təcrübənin nəticələri xroniki iltihablı xəstəliklərin müalicəsində yeni terapevtik yanaşmaların işlənib hazırlanması üçün əsas ola bilər.

“Elmdə təcrübələr aparmayınca nəticələrdən əmin ola bilməzsiniz. Bəzi maddələr laboratoriya şəraitində yaxşı nəticələr verir, lakin canlı orqanizmlərdə işləmir. Lakin bu halda biz real irəliləyişləri gördük”.

Alimlər üçün növbəti addım bu prosesin bədənə təsir mexanizmlərini öyrənmək və onların sintetik analoqunu hazırlamaqdır. Şərifpurun sözlərinə görə, gələcəkdə bu metodla təkcə bağırsaq xəstəliklərinin müalicəsində deyil, həmçinin artrit və 2-ci tip şəkərli diabet kimi digər iltihablı xəstəliklərin müalicəsində də istifadə oluna bilər.

Chosen
47
7
azpost.info

8Sources