EN

İtaliyada unikal etrusk sərdabəsi aşkarlandı

İtaliyalı arxeoloqlar Tarkviniya yaxınlığındakı Monteroziya nekropolunda təsadüfən unikal etrusk qəbri aşkarlayıblar.

Publika.az xəbər verir ki, qəbrin daha mürəkkəb strukturun bir hissəsi olduğu ortaya çıxıb.

Dəfn yeri 2500 ildən çox yaşı olan divar rəsmləri ilə seçilir. Sərdabənin divarlarında etruskların həyatından səhnələri əks etdirən parlaq rəngli rəsmlər var. Eramızdan əvvəl 5-ci əsrə aid freskalar barədə İtaliyanın Arxeologiya, Təsviri İncəsənət və Landşaft üzrə Nəzarət İdarəsinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, etrusklar təxminən eramızdan əvvəl 9-cu əsrdən müasir Mərkəzi İtaliya ərazisində məskunlaşmış qədim xalq olub. Etrusklar Roma sivilizasiyasının formalaşmasında mühüm rol oynayıb, onun mədəniyyətinə, dininə, memarlığına və incəsənətinə mühüm təsir göstəriblər. Eramızdan əvvəl 1-ci əsrdə onlar romalılar tərəfindən tədricən assimilyasiya olunub.

Chosen
2
2
publika.az

3Sources