UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun keçirilib.
"Atalanta" səfərdə "Brügge" ilə qarşılaşıb.
"Feyenoord" Niderlandda "Milan"ı qəbul edibsə, "Seltik" evdə "Bavariya" ilə üz-üzə gəlib. "Benfika" isə səfərdə "Monako" ilə görüşüb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
12 fevral
"Brügge" (Belçika) - "Atalanta" (İtaliya) 2:1
"Feyenoord" (Niderland) - "Milan" (İtaliya) 1:0
"Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya) 1:2
"Monako" (Fransa) - "Benfika" (Portuqaliya) 0:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmalarına fevralın 18-də start veriləcək.