EN

COP29 nüfuzlu “Cisco” şirkətinin mükafatına layiq görülüb

Bakı. Trend:

COP29 Azərbaycan Əməliyyat Şirkəti yüksək texnologiyalarsənayesində dayanıqlı inkişafa dəstək və innovativ həllərin ortayaqoyulmasında töhfələrinə görə “CİSCO” şirkətinin “Dayanıqlı inkişaflideri” (Sustainability Leader Award) mükafatı ilə təltifolunublar. Qeyd edək ki, bu nüfuzlu mükafata Azərbaycanda ilk dəfəƏməliyyat Şirkəti layiq görülüb.

Trend xəbər verirki, təltifetmə mərasimi “CISCO” şirkətinin təşkilatçılığı iləNiderland Krallığının Amsterdam şəhərində “Cisco live” texnolojitədbiri çərçivəsində baş tutub.

Tədbirdə bildirilib ki, COP29 Azərbaycan Əməliyyat ŞirkətiBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası tədbirində İKT infrastrukturununqurulmasındakı xidmətlərinə görə “CİSCO” şirkəti tərəfindən müvafiqmükafat üzrə qalib seçilib.

Qeyd edilib ki, yüksək texnologiyalar sənayesində dayanıqlıinkişafı dəstəkləyən və innovativ həlləri ortaya qoyan uğurlulayihələr adı çəkilən mükafat ilə təltif edilir.

“Cisco Live” tədbirində dayanıqlı inkişaf lideri mükafatınıCOP29 Azərbaycan Ə.Ş. adından Şirkətin İKT departamentinin rəhbəriCavid Hüseynov, Ayhan Satıcı və Vüsal Şahbazovun təmsil olunduğunümayəndə heyəti qəbul edib.

Tədbir çərçivəsində COP29 İT nümayəndə heyətinin və Ciscoşirkətinin Müştəri Təcrübəsi və Dayanıqlılıq məsələləri üzrə BaşVitse-Prezidentləri olan Adele Trombetta və Meri De Vysoçkininqatıldığı və İKT infrastrukturunun qurulmasındauğurlu layihəidarəçiliyi və innovativ həllərin tətbiqinə dair atılan addımlaratoxunan “Dayanıqlılığın təmin edilməsi üçün şəbəkəinfrastrukturunun qurulması: Cisco və BMT COP29-da” başlıqlı panelmüzakirələri də baş tutub.

Tədbirdə vurğulanıb ki, COP29, T-Systems, SAP, STC, CORE42,Sykehuspartner və Paris 2024 Cisco tərəfindən mükafat alanşirkətlərdir.

Xatırladaq ki, “Cisco live” texnoloji tədbiri bu il 9-14 fevraltarixlərində “CISCO” şirkətinin təşkilatçılığı ilə Amsterdamşəhərində keçirilir. “Cisco live”da Azərbaycanın dövlət vəözəlsektorundan 80-ə qədər nümayəndə heyəti iştirak edir.

Hər il baş tutan və dünyanın ən böyük nüfuza malik texnolojitədbirlərindən biri olan “Cisco live”, texnologiya mütəxəssisləri,İT rəhbərləri, mühəndislər müştərilər üçün təşkil olunmaqla yüksəktexnologiyalar sahəsində ən son nailiyyətlərlə tanış olmağa imkanyaradır. Bu baxımdan “Cisco Live” tədbiri həmçinin, AzərbaycanRespublikasının COP29 tədbirinə uğurlu ev sahibliyi etməsi, yerlimütəxəssislərin cəlb edilməsi ilə qısa zamanda tam beynəlxalqstandartkara cavab verən İKT infrastrukturunun qurulması kimi birsıra mövzuları beynəlxalq ictimaiyyətə tanıtmaq baxımından uğurluplatformadır.

COP29 İT komandası “Dayanıqlı inkişaf lideri mükafatı” iləyanaşı “Dayanıqlılıq üzrə yenilikçi” kateqoriyasında Adidas,Garanti BBVA, Red Sea Global kimi dünyaca tanınan şirkətlərarasında 6 finalçıdan biri olaraq mühüm qiymətləndirilib.

Bu təltiflər Azərbaycanın qlobal miqyasda dayanıqlılıq vəinnovasiya sahələrində texnologiya yönümlü həll yollarınıntəminatçısı kimi aparıcı rolunun möhkəmlənməsində mühüm yertutur.

Chosen
31
10
az.trend.az

10Sources