EN

Tramp sülh üçün Putinin bu şərtini qəbul etdi

Ukraynanın NATO-ya üzvlüyündən imtina ideyası ilə razıyam.

Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ lideri Donald Tramp Milli Kəşfiyyatın yeni direktoru Tulsi Qabbardın andiçmə mərasimi zamanı deyib.

“Mən bununla razıyam”, - Tramp bu yöndə sualı cavablandırarkən bildirib.

O, Ukraynanın alyansa qoşulması perspektivini qeyri-praktik və qeyri-mümkün adlandırıb.

Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı ötən gün baş tutub.

Rusiya lideri Putinin əsas tələblərindən biri Ukraynanın NATO üzvlüyündən imtina edilməsidir./axar.az/

Chosen
14
2
turkustan.az

10Sources