Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 10. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 11. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.