EN

Tramp Putinin bu şərtini qəbul etdi

Ukraynanın NATO-ya üzvlüyündən imtina ideyası ilə razıyam.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ lideri Donald Tramp Milli Kəşfiyyatın yeni direktoru Tulsi Qabbardın andiçmə mərasimi zamanı deyib.

"Mən bununla razıyam", - Tramp bu yöndə sualı cavablandırarkən bildirib.

O, Ukraynanın alyansa qoşulması perspektivini qeyri-praktik və qeyri-mümkün adlandırıb.

Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı ötən gün baş tutub.

Rusiya lideri Putinin əsas tələblərindən biri Ukraynanın NATO üzvlüyündən imtina edilməsidir.

Milli.Az

Chosen
13
2
milli.az

10Sources