![Dövlət](/uploads/posts/2025-02/manat-korrupsiyajpg-1699344109.jpg)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ukrayna Ticarət Evi” MMC-yə ümumilikdə 4 milyon manat ödəyəcək.
Reyting.az Pravda.az-a istinadla xəbər verir ki MMC Komitənin elan etdiyi iki tenderin qalibi olub.
Bunlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin (2 515 760 AZN) və Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləridir (1 522 200 AZN).