Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlərin adları açıqlanıb.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
"Operativ Media" xəbər verir ki, bu ada “Real”dan Vinisius Junior, “Feyenoord”dan İqor Paişao, Dortmund “Borussiya”sından Seru Qirassi və “Benfika”dan Vangelis Pavlidis namizəddir.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.