EN

Azərbaycanda ən çox hotel və hotel tipli obyekt harada - FƏALİYYƏT GÖSTƏRİR? (SİYAHI)

2024-cü il üzrə Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən hotel və hotel tipli obyektlərin sayı açıqlanıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ümumilikdə 813 bu cür obyekt fəaliyyətdə olub. Bunun da 294-ü paytaxt Bakı şəhərinin payına düşüb.

Bundan başqa 60 obyekt Xaçmaz, 35 obyekt Masallı, 30-u isə Lənkəran rayonunda fəaliyyət göstərib.

Əsas turizm zonları hesab olunan Quba rayonunda 29, Şamaxı rayonunda 24, İsmayıllıda 22, Astara və Qəbələdə isə 20 belə obyekt olub.

Daşkəsən, Xankəndi, Ağdam, Füzuli, Zərdab, Kəlbəcər və Neftçalada isə cəmi 1 obyekt olub.

Chosen
2
1
fed.az

2Sources