Bakının Binə qəsəbəsində yerləşən stadionun süni ot örtüyü yenisi ilə əvəzlənib.

Offsideplus.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib. Testin nəticəsinə uyğun olaraq, süni ot örtüyünün FIFA Quality Pro sertifikatına uyğunluğu təsdiqlənib.

Qeyd edək ki, Binə qəsəbə stadionunda adətən futbol üzrə Azərbaycan çempionatının 1-ci liqasının oyunları və məşq prosesləri keçirilir.