EN

Ermənistanı revanşizmə həvəsləndirmələrə mesaj-Geosiyası reallığı dəyişən Azərbaycandır- ÖZƏL

"Yelisey sarayı Paşinyanla Makronun görüşü zamanı ikincinin "Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində oldularını bir daha təsdiqlədiyini" bildirib. Maraqlıdır deyilmi, parisdəkilərdən cəmi  bir neçə gün qabaq tehrandakılar da eyni məzmunlu moizələrini növbəti dəfə təkrarlamağa ehtiyac duymuşdular ki, bu da əslində onların Ermənistanı revanşizmə həvəsləndirmələrinə son qoymaqla bağlı xəbərdarlıqlarımıza verdikləri reaksiyadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Yəni Ermənistanı silahlandıranların burada da sinxron hərəkətləri heç də onunla bağlı deyil ki, regionda doğrudan da sərhədlərin dəyişdirilməsi təhlükəsi var. İndi elə bir təhlükə yoxdur. Amma gələcəkdə ola bilər. Bu regionda sərhədləri kimin dəyişdirdiyini, hansı ölkənin torpaqlarının 30 ildən artıq işğal altında olduğunu Tehrandakı əmmaməlililər də, Parisdəki xaçlılar da gözəl bilirlər. Hayları silahlandırmaqla da gələcəkdə bunun bir daha təkrarlanmasına çalışırlar. Onların Ermənistanın sərhədlərinin toxunulmazlığını əzmlə dəstəkləyəcəkləri haqda açıqlamaları da əslində o deməkdir ki, konstitusiyasında qonşularına qarşı ərazi iddiası yer alan bu işğalçı ölkəni silahlandırmaqda davam edəcəklər. 
Yeri gəlmişkən, Ermənistanla İran arasında yazda imzalanması gözlənilən "uzunmüddətli hərtərəfli strateji tərəfdaşlıq" anlaşmasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinin nəzərdə tutulduğu haqda da xəbərlər var ki, buna da ən çox cəhd edən rəsmi Tehrandır.  Ermənistanın Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan bir neçə gün öncə etiraf etmişdi ki,  rəsmi İrəvanın bu məsələdə tərəddüdləri fonunda  İran dəfələrlə Ermənistanla hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə çalışıb. O, Fransa və Rusiyanın bu əməkdaşlığa göz yummağa hazır olduqlarını bildiyini də vurğulamışdı. Beləliklə, hay işğalına dəstək verənlərin yenə də eyni niyyətlə yaşadıqları qətiyyən dəyişmədikləri açıq aydın ortadadır. Sadəcə, geosiyasi reallıq dəyişib ki, onu da dəyişdirən Azərbaycandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
2
olaylar.az

3Sources