Argentina yığmasının və "Mançester Siti"nin keçmiş hücumçusu Serxio Aquero mərc oyunlarında 10 min ABŞ dolları uduzub.

Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Mançester Siti" - "Real" matçının birinci hissəsində 2 və ya daha çox qol vurulacağını proqnozlaşdırıb. Lakin qarşılaşmanın ilk hissəsində cəmi 1 qol qeydə alınıb (Holand 19-cu dəqiqədə fərqlənib).

Məlumata görə, bu, yerli onlayn mərc şirkətlərindən biri ilə əməkdaşlıq çərçivəsndə həyata keçirilib.

Ümumiyyətlə, "Mançester Siti" - "Real" görüşü Aquero üçün əsl başağrısına çevrilib O, oyundan əvvəl sabiq komandasının uduzmayacağını, əks halda "Real"ın qələbəsinə görə xayalarını kəsməyə belə hazır olduğunu bildirib. Madrid təmsilçisinin 3:2 hesablı səfər qələbəsi isə argentinalının əsl gülüş hədəfinə çevrilməsinə, onun barəsində yüzlərlə memin hazırlanmasına səbəb olub.