2025-ci ilin yanvarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,4% artaraq 16 milyon manata çatıb.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 14,9% artaraq 13 milyon manata yaxın olub. Bu, qeyri-büdcə sektorunun iqtisadi fəaliyyətinin daha da artdığını göstərir.
Fuad Mədətov
Finss.az