EN

AÇG-nin ötən il üzrə hasilat göstəriciləri açıqlanıb

Bakı. Trend:

Ötən il Azəri-Çıraq-Günəşli (AÇG) yatağının ümumi hasilatı gündəorta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyonbarel, yəni 16 milyon ton olub.

Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilinnəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Bu göstərici əvvəlki illə müqayisədə gündəlik orta hesabla 21barel və ya ümumilikdə təxminən 8 milyon barel, yəni 2 milyon tonazalıb. Belə ki, 2023-cü ildə AÇG-dən ümumi hasilat gündə ortahesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel,yəni 18 milyon ton olub.

Ötən il gündəlik hasilatın həcmi Çıraq platformasından 23 min,Mərkəzi Azəri platformasından 97 min, Qərbi Azəri platformasından75 min, Şərqi Azəri platformasından 51 min, Dərinsulu Günəşliplatformasından 57 min, Qərbi Çıraq platformasından 29 min və ACEplatformasından 10 min barel olub.

Ötən ilin dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmişümumi hasilat 600 milyon tona çatıb.

Qeyd edək ki, 2024-cü ilin sonunda AÇG-də ümumilikdə 148 nefthasilatı quyusu, 46 su injektoru quyusu və 7 qaz injektoru quyusuistismarda olub. Əvvəlki illə müqayisədə neft hasilatı quyularınınsayı 11 ədəd, qaz injektoru quyularının sayı 1 ədəd artıb, suinjektoru quyularının sayı bir ədəd azalıb.

Chosen
13
4
az.trend.az

5Sources