2024-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
Bu barədə FED.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (97 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (10 000) platformalarından birlikdə – gündə orta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.
Dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.
İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və yeddi qaz injektoru quyusu istismarda olub.