EN

Renat Dadaşovla bağlı yeni qərar

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi Mustafa Dalcı komandadan uzaqlaşdırılan futbolçular barədə qərarını verib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, onlardan biri də Azərbaycan millisinin hücumçusu Renat Dadaşovdur.

Mütəxəssis transferə çıxarılan 4 oyunçudan yalnız birini kollektivə qaytarıb. Bu, bosniya və herseqovinalı hücumçu Riad Bajiçdir. Ondan fərqli olaraq, digər forvard Dadaşovla bağlı əvvəlki baş məşqçinin qərarı qüvvədə saxlanılıb.

Dadaşov hazırda fərdi məşqlərlə kifayətlənir. Futbolçu ya mövsümün sonuna qədər heç bir oyunda iştirak etməyəcək, ya da müqaviləsinə xitam veriləcək.

Qeyd edək ki, Renat Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Chosen
28
msport.az

1Sources