Ötən ay Azərbaycanda əsas kapitala 787 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,% az investisiya yönəldilib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Dövr ərzində neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5%, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8% az olub.
İstifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1%-i məhsul istehsalı sahələrinə, 109,8 milyon manatı (14%-i) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2%-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 566 milyon manatı və ya 71,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.