EN

"Arsenal" "İnter"in 2 futbolçusu ilə maraqlanır

Hücum bölgəsində problem yaşayan "Arsenal" hücum xəttini gücləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Tuttosport”a istinadən xəbər verir ki, “topçular”ın qısa siyahısına “İnter”in əsas hücumçuları Lautaro Martinez və Markus Tyuram daxildir.

27 yaşlı Lautaro Martinez "İnter"in kapitanıdır. "Transfermarkt" argentinalı forvardı 100 milyon avro qiymətləndirir.

27 yaşlı Markus Tyuram da öz növbəsində 75 milyon avro dəyərində qiymətləndirilir.

"Arsenal" hazırda İngiltərə Premyer Liqasında ikinci yerdədir.

Chosen
5
operativmm.az

1Sources