EN

Fransada partlayış: Xəsarət alanlar var

Fransanın Qrenobl şəhərindəki barda baş verən partlayışda 2-si ağır olmaqla 12 nəfər yaralanıb.

"Cebheinfo.az" Fransanın "Le Dauphine Libere" nəşrinə istinadən xəbər verir ki, Qrenoblun Village-Olympique məhəlləsindəki barda partlayış baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 2-si ağır olmaqla 12 nəfər yaralanıb. Yaralılara yerlərdə ilk tibbi yardım göstərilir, tibbi yardım köməyi ilə yaxınlıqdakı xəstəxanalara köçürülüb.

Hadisə yerinə çoxlu sayda polis qrupları sövq edilib. Partlayışın bara atılan əl qumbarasının səbəb olduğu ehtimal edilir.

“BFMTV” kanalı hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Fransanın Qrenobl şəhərində baş verən hücumdan sonra sosial mediada hadisə yerindən çoxlu görüntülər paylaşılıb.

Fotolardakı bu görüntü diqqət çəkib. Söz mövzusu barın adının “Akşehir-Bar” olduğu bildirilib.

Chosen
2
cebheinfo.az

1Sources