EN

Sərnişin avtobusunda YANĞIN - 6 nəfər öldü

Çinin cənubundakı Guandonq əyalətində hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

"Bakuinfo" xəbər verir ki,  yanğın Çaoçin şəhərinin Huaiji rayonunu Çiaşui qəsəbəsi ilə birləşdirən 813 saylı avtomobil yolunda qeydə alınıb. Avtobusda olan 6 sərnişin dünyasını dəyişib, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

Çində avtobus yanğınları tez-tez baş verirÇinin ucqar bölgələrində sərnişin avtobuslarında yanğın hadisələri vaxtaşırı baş verir. Sonuncu böyük yanğın 2019-cu ildə Hunan əyalətində qeydə alınmışdı. Həmin vaxt avtobusda baş verən yanğın nəticəsində 26 nəfər həlak olmuş, 28 nəfər isə yaralanmışdı. Yanğının səbəbi bir sərnişinin avtobusda yanar material daşıması olmuşdu.

Chosen
10
bakuinfo.net

1Sources