Olaylar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi xidməti - 25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, ianə etmiş şəxslərin əksəriyyəti sahibkarlardır: "Bu da iş adamlarının sosial məsuliyyətinin göstəricisidir".
"Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların əvəzsiz və çox böyük rolu var. Fürsətdən istifadə edərək bu platformadan sahibkarlarımıza təşəkkür edirəm. Onlar fəal təşəbbüslər göstərir və dövlətin dəstəyi fonunda fəaliyyətlərini korporativ sosial məsuliyyətə uyğun qurmağa çalışırlar", - deyə nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31