EN

Hərbi təyyarə qəzaya uğrayıb - Video

Hərbi

ABŞ-nın Kaliforniya ştatında hərbi təyyarə San Dieqo körfəzinə düşüb və iki pilot xilas edilib.

Reyting.az
xəbər verir ki, San Dieqo Yanğınsöndürmə İdarəsi yerli medianı San Dieqo körfəzinə düşən hərbi təyyarə ilə bağlı məlumatlandırıb.

Yanğınsöndürmə rəsmilərinin bildirdiyinə görə, göyərtəsində iki pilotun olduğu “E/A-18 G Growler” hərbi təyyarəsi yerli vaxtla səhər saat 10:16 radələrində Şimal Adası Dəniz Hava Stansiyası yaxınlığında San Dieqo körfəzində qəzaya uğrayıb.

Təyyarədən sağ çıxmağı bacaran iki pilot balıqçı qayığı ilə sürətlə sudan çıxarılıb və daha sonra xəstəxanaya aparılıblar. Pilotların həyatı üçün təhlükə yoxdur və təyyarənin qəzaya uğrama səbəbləri araşdırılır.



ELÇİN
Chosen
17
2
reyting.az

3Sources