EN

Azərbaycanda yeni vergi strategiyası hazırlanıb

Dövlət Vergi Xidmətinin 2025-2028-ci illəri əhatə edən strategiyası hazırlanıb.

İNFOAZ.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

O bildirib ki, bu strategiya bizim yaxın gələcəkdə misiyamızı, dəyərlərimizi müəyyən edir.

“Dövlət Vergi Xidməti innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir” – deyə Orxan Nəzərli əlavə edib.

Chosen
49
17
infoaz.ws

10Sources