Bizim.Media deputat seçilməzdən əvvəl dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatları araşdırıb.
Mübariz Qurbanlı

Yüksək vəzifələrdə çalışmış deputatlardan biri Mübariz Qurbanlıdır. O, on il Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024) vəzifəsini icra edib.
Azər Əmiraslanov

Azər Əmiraslanov da uzun illər yüksək vəzifələrdə çalışıb. O, 2008-ci il 25 avqust tarixində Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsinə təyin edilib və 29 noyabr 2019-cu il tarixədək bu vəzifədə çalışıb. 2019-2024-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsini tutub.
Əli Əhmədov

Əli Əhmədov uzun illər müxtəlif icraedici strukturlarda çalışıb. O, 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub. 22 oktyabr 2013-cü ildən 2024-cü ilədək isə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsini icra edib.
Sabir Hacıyev

Sabir Hacıyev 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri olub.
Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.
Eldar İbrahimov

1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini-Dövlət Aqrar-Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1991-ci ildən Standartlar və Metrologiya Mərkəzinin direktoru, 1993–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini-Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb.
Polad Bülbüloğlu

Polad Bülbüloğlu 1988-2006-cı illərdə mədəniyyət naziri, 2006-2024-cü illərdə isə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə səfiri vəzifəsində çalışıb.
Şahin Seyidzadə

87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi Şahin Seyidzadə VI çağırış Milli Məclisin də deputatı olub. Lakin o, 2022-ci ilin martında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Şahin Seyidzadə 2024-cü il sentyabrın 23-dək bu vəzifəni icra edib.
Elman Məmmədov

124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən seçilmiş deputat 1991–2000-ci illərdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Əli Məsimli

1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrini icra edib.
Mehriban Vəliyeva

Mehriban Vəliyeva deputat mandatı qazanmazdan əvvəl bir sıra yüksək vəzifələri icra edib. O, 2014-cü ildə Akademik Zərifə Əliyeva adına liseydə direktor, 2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir, 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.
Nigar Məmmədova

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri, 2022-ci ilin mayından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini, 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədər isə direktoru vəzifələrində çalışıb.
Ramid Namazov

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviri olub.
Heydər Əsədov

1995-2007-ci illər arasında maliyyə nazirinin müavini, həmçinin Ali dövlət xəzinədarlığının baş direktoru vəzifələrində çalışıb. O, 2007-2013-cü illərdə Hesablama Palatasının sədri olub. Sonrakı 5 il müddətində isə kənd təsərrüfatı naziri işləyib. 2019-2024-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub.
Asif Əsgərov

Zaqatala Rayon İcra Hakimiyyətinin (2006–2009), Səbail Rayon İcra Hakimiyyətinin (2009–2015) və Nəsimi Rayon İcra Hakimiyyətinin (2015–2024) başçısı olub.
Rövşən Muradov

Milli Məclis Aparatında məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi kimi çalışıb. O, 2024-cü ilin sentyabrınadək Milli Məclisin İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini olub.
Zaur Şükürov

Zaur Şükürov 25 ilə yaxın diplomatik xidmətdə fəaliyyət göstərib. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb. O, Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri vəzifəsini də icra edib.
Səbinə Salmanova

Səbinə Salmanova 2000-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində çalışmış, burada idarə rəisi, baş ədliyyə müşaviri kimi fəaliyyət göstərib. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib.
Səyyad Aran

Səyyad Salahlı (Aran) uzun illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışıb. O, 2012-2024-cü illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini olub.
Rizvan Nəbiyev

Rizvan Nəbiyev uzun illər diplomatik fəaliyyətlə məşğul olub. O, 2004–2008-ci illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində Attaşe, 3-cü və 2-ci Katib işləyib. R.Nəbiyev 2009–2011-ci illərdə XİN-də 1-ci katib, Qərbi və Mərkəzi Avropa şöbəsinin müdiri olub. O, 2011–2016-cı illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində müşavir vəzifəsində çalışaraq strateji əhəmiyyətli layihələri, siyasi, iqtisadi və humanitar məsələləri kurasiya edib. 2022-ci ildə isə XİN-nin Linqvistika idarəsinin rəisi təyin edilib.
Qaya Məmmədov

Qaya Məmmədov deputat seçilməzdən əvvəl Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi (2013-2017), Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi kimi vəzifələrdə çalışıb.
Nəsib Məhəməliyev

V, VI və VII çağırış Milli Məclisin deputatı olan Nəsib Məhəməliyev əvvəlki illərdə Nəsimi Rayon İcra Hakimiyyətinin (2006–2015) və Balakən Rayon İcra Hakimiyyətinin (2000–2006) başçısı vəzifələrində çalışıb.
Eyvaz Qurbanov

VII çağırış Milli Məclisin deputatı olan Eyvaz Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı (2011–2024) vəzifəsində çalışıb. O, daha əvvəl III çağırış Milli Məclisin də deputatı olub