EN

Çinin neft korporasiyasının keçmiş rəhbəri rüşvət almaqda şübhəli bilinir

Çinin CNOOC milli neft korporasiyasının keçmiş baş direktoru Li Yun rüşvət almaqda ittiham edilib.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Xalq Prokurorluğu bu gün məlumat yayıb.

"Li Yun üçüncü şəxslərin maraqları naminə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda maliyyə və maddi dəyərlər şəklində rüşvət almaqda ittiham olunur", - agentlik bildirib.

Korporasiyanın keçmiş baş direktoruna qarşı qaldırılan cinayət işinə Hubey əyalətinin (Mərkəzi Çin) Syanyan şəhərinin Xalq Məhkəməsi baxacaq.

Chosen
5
1
report.az

2Sources