EN

Tehranda Xəzər Forumu keçiriləcək

Fevralın 17-18-də Tehranda 3-cü Xəzər İqtisadi Forumu keçiriləcək.

Yenisabah.az “Eghtesad News”a istinadla xəbər verir ki, bu barədə İranın Ticarət İnkişafı Təşkilatının Mərkəzi Asiya İdarəsinin baş direktoru Əkbər Qudari bildirib.

Onun sözlərinə görə, toplantı Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın baş nazirləri, eləcə də nazirlərin iştirakı ilə keçiriləcək.

Ə.Qudari forumda iqtisadi, ticarət, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad ticarət zonalara investisiya qoyuluşunun artırılması, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri, son vəziyyətlə tanışlıq məsələlərinin müzakirə ediləcəyini vurğulayıb.

İdarə rəhbəri qeyd edib ki, forumda yekun bəyanat imzalanacaq.


Telegram kanalımız
Chosen
15
5
yenisabah.az

6Sources