EN

Millimiz İspaniya yığmasına məğlub olub

Bu gün badminton üzrə milli komandamız Bakı İdman Sarayında keçirilən qarışıq komandaların Avropa çempionatının qrup mərhələsində ikinci oyununa çıxıb.

Apasort.az xəbər verir ki, 1-ci qrupda yer alan komandamız qrup mərhələsinin ikinci turunda İspaniya yığması ilə qarşılaşıb. Görüş ispanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Ruben Qarsiya - Lusia Rodrigez qoşasına rəqib olub. Hər iki set İspaniya təmsilçilərinin üstünlüyü ilə başa çatıb - 18-21, 18-21. 

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo təcrübəli Pablo Abian ilə dueldən qalib ayrılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən 3 setin yekununda Edi 2:1 (21-18, 8-21,21-13) hesablı qələbə qazanıb.

Qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Klara Azurmendi ilə üz-üzə gəlib. İspaniya badmintonçusu hər iki seti öndə başa vurub - 21-17, 21-14.

Kişilərin qoşa kateqoriyasında Edi Reski Dviçayo - Diki Pangestu qoşası İspaniya təmsilçiləri Ruben Qarsiya və Rodriqo Sanjurjo üzərində inamlı qələbə qazanıb - 21-9, 21-14)

Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə - Həcər Nuriyeva tandemi Nikol Karulla - Lusia Rodrigez ikilisinə 0:2 (8-21, 4-21) hesabı ilə məğlub olub.

İlk turda İngiltərə seçmə kollektivinə 2:3 hesabı ilə uduzan millimiz qrupda son oyununu sabah son Avropa çempionu Danimarka yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında baş tutacaq oyun saat 10:00-da başlayacaq.

İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb

AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib

AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib

Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib

Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab

Chosen
14
apasport.az

1Sources